Yuxarı
loading...
loading...

14 müxalifət partiyasının rəhbərliyi xüsusi toplantı keçirib

12.02.2019 09:22 Oxunma sayı: 2162


ADP sədri Sərdar Cəlaloğlunun təşəbbüsü ilə 14 müxalifət partiyasının rəhbərliyinin toplantısı keçirilib. Demokrat Partiyasının qərargahında baş tutan toplantıda ADP, VHP, AMİP, Azadlıq Partiyası, ALDP, VİP, Ədalət Partiyası, Milli Konqres Partiyası, Böyük Azərbaycan Partiyası, Ümid Partiyası, AĞ Partiya, KXCP, AMDP və Azərbaycan Xalq Partiyasının rəhbərliyi iştirak edib.

Qeyd edək ki, sözügedən toplantı hələ təyin edilərkən və mediada bu toplantının AMDP lideri İsgəndər Həmidovun təşəbbüsü ilə reallaşan Azərbaycan Xalq Hərəkatına (AXH) alternativ olacağı, AXH-ni bölməyə xidmət edəcəyi tipli xəbərlər yayılırdı. Əldə etdiyimiz məlumata görə, ADP qərargahında keçirilən toplantıya İsgəndər Həmidov da dəvət edilib. Sabiq nazir toplantıya şəxsən qatılıb və çıxış da edib. Lakin İ.Həmidov iclasda sonadək oturmayıb, çıxışı bitirdikdən sonra ADP qərargahını tərk edib.  

14 partiyanın təmsil olunduğu toplantıda seçkilər, seçkilərdə müxalifətin taktikası mövzuları müzakirəyə çıxarılıb.

Toplantıda iştirak edən AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, tədbir normal müzakirələrlə keçib. Toplantıda hansısa qərarın qəbul edilib-edilmədiyinə gəlincə, Pənah Hüseyn dedi ki, əvvəlcədən heç bir qərar qəbul edilməsi nəzərdə tutulmadığından hər hansı qərar da verilməyib. Ümumi müzakirələr gedib və hər kəs öz mövqeyini, fikrilərini ifadə edib. İştirakçı 14 partiyanın təmsilçiləri Qarabağ Komitəsinin 16 fevrala təyin etdiyi Qarabağ mitinqinə dəstəklərini ifadə eləyiblər.

AXP sədri onu da qeyd etdi ki, bu formatda növbəti toplantının olub-olmayacağı hələ məlum deyil. Çünki bu barədə də qərar verilməyib.


loading...