Yuxarı
loading...
loading...

Baş nazir Milli Məclisdə hesabat verəcək

11.02.2019 17:16 Oxunma sayı: 2155


Sabah, fevralın 12-də Milli Məclisin (MM) 2019-cu il yaz sessiyası çərçivəsində parlamentin ikinci plenar iclası keçiriləcək.

MM-dən əldə etdiyi məlumata görə, iclasın gündəliyinə ilkin olaraq, 32 məsələ, o cümlədən, bələdiyyələrin illik fəaliyyətinə nəzarət edən orqanın - Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi - hesabatı daxil edilib.

Hesabatla ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxış edəcək.

Qeyd edək ki, bu ay parlamentin daha bir - üçüncü plenar iclasının keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, mart ayında da parlamentin ən azı iki plenar iclasının baş tutması gözlənilir.

Belə ki, MM-in Daxili Nizamnaməsinə əsasən, parlamentin 5-ci iclasından gec olmayaraq (Novruz bayramına kimi - red.), Nazirlər Kabinetinin illik hesabatı dinlənilməlidir.
Bu il də məhz belə olacaq.

Yaz sessiyasının mart ayının 15-nə nəzərdə tutulan 5-ci iclasında hökumət adından baş nazir Novruz Məmmədovun hesabatı dinləniləcək.

Qeyd edək ki, baş nazir kimi N.Məmmədov ilk dəfə parlamentarilər qarşısında hesabatla çıxış edəcək.

Baş nazirin hesabatında bütün hökumət üzvləri - birinci vitse-premyer və vitse-premyerlər, o cümlədən, hökumətə daxil olan nazirlər, komitə sədrləri, konsern, dövlət şirkətlərinin prezidentləri və ASC-lərin sədrləri iştirak edəcəklər.

Hesabat cəmi bir gün müzakirə ediləcək və təsdiqlənəcək.

Xatırladaq ki, yaz sessiyası mayın 31-də başa çatacaq.

Həmin vaxta kimi parlamentin daha bir neçə plenar iclası, ailə-məişət zorakılığı, vərəm, şəkər xəstəlikləri, icbari tibbi sığorta və sair məsələlər ilə bağlı ictimai dinləmələri keçiriləcək, o cümlədən, Ombudsman Elmira Süleymanovanın və İnsan alverinə qarı mübarizə üzrə Milli Koordinatorin, daxili işlər nazirinin birinci müavini, general Vilayət Eyvazovun illik hesabatları dinləniləcək və təsdiqlənəcək.


loading...