Yuxarı
loading...
loading...

Kilsəyə girən qadın 4 metrlik xaçı aşırtdı, həbs olundu VİDEO

10.02.2019 20:09 Oxunma sayı: 2379


Vatsonvil şəhər polisi kilsədə vandallıq edən qadını tutub.

 Şimali Kalifornoyanın Vatsonvil şəhərindəki müqəddəs Patrik kilsəsinə girən qadın məkanın boş olmasından istifadə edərək qəsdən hündürlüyü 4 metr olan xaçı aşırdıb.

Hadisə fevral ayının 5-də baş verib. Qadın xaçı aşırtdıqdan sonra qaçaraq kilsədən çıxıb.

Həmin anlar kilsənin təhlükəsizlik kamerasına düşüb. Qadının kimliyi müəyyənləşdirilib.

Jackeline Chavira adlı 23 yaşlı qadın vandallıq etdiyinə görə saxlanılıb.

Vatsonvil polisinin sosial şəbəkədə paylaşdığı görüntüləri təqdim edirik


loading...