Yuxarı
loading...
loading...

"Yaxşı edirəm belə geyinirəm" - Qalmaqal yaratmış dekolteli senator

10.02.2019 17:29 Oxunma sayı: 2159


Axı nə vardı geyimimdə?! Adi kombinezondur...

Braziliyanın Santa-Katarina ştatının parlamentinin iclasına dərin dekolteli geyimdə gələrək böyük qalmaqala, sosial şəbəkələrdə müzakirələrə səbəb olan və məşhurlaşan 44 yaşlı Ana Paula da Silva yaşananların səbəbini anlamadığını deyib.

senator Braziliya hökumətinin binasındakı andiçmə mərasimə yollandığı geyimi ilə furor yaratmışdı.

Andiçmə mərasiminə qırmızı rəngli, çox dərin dekolteli kombinezonda qatılmış yeni senator ilk əvvəl jaketdə idi. Tribunaya and içməyə yollananda o, jaketini çıxarmışdı.

Mərasim başa çatanda senator da Silva ilə şəkil çəkdirmək istəyən xeyli kişi senator vardı.

"Yaxşı edirəm belə geyinirəm! Belə paltarlar mənə feminist məqsədlərimdə yardım edir. Kişilər bilməlidir ki, qadının da azadlığı, seçim hüququ var. Gözəl geyinməyi sevirəm. Amma bunun işimlə heç bir əlaqəsi yoxdur", - da Silva İnstagram-da yazıb.

İki övlad anası Ana Paula da Silva əvvəllər Santa-Katarina ştatındakı Bombinyas bələdiyyəsində 2 səlahiyyət müddətində mer olub. O, iki dəfə ştatda "Ən yaxşı mer" adı alıb, Braziliyada ən effektiv çalışan merlərdən biri sayılıb.


loading...