Yuxarı
loading...
loading...

Azərbaycanda qadın müğənni yol qəzasında öldü

07.02.2019 20:11 Oxunma sayı: 1397


Qax rayonunda yol qəzasıbaş verib. millixeber.comun məlumatına görə, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolununrayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin -1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. Sürücü,1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi. Faktla bağlı araşdırma aparılır.
loading...