Yuxarı
loading...
loading...

Bacı-qardaşa təcavüz edənə ağır cəza

06.02.2019 21:34 Oxunma sayı: 2429


Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərə qarşı seksual xarakterli hərəkət etməkdə təqsirləndirilən Taleh Ismayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

Hökmə əsasən T.İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib. 

Kirayədə qalan 2005-ci il təvəllüdlü Gülnur (ad şərtidir) ilə eyni həyətdə yaşayan İsmayılov Taleh onunla zorla intim əlaqədə olub. İstintaq zamanı T.İsmayılovun Gülnurun qardaşı Maksimə qarşı da eyni hərəkətləri etdiyi məlum olub. Bacı və qardaş bu işdə zərərçəkmiş kimi tanınıblar. Uşaqlar Ağstafa rayon sakinidirlər.

İttihama görə, T.İsmayılov uşaqların valideynlərinin evdə olmayan vaxtlarında onlara qarşı zorla seksual xarakterli hərəkətlər edib.


loading...