Yuxarı
loading...
loading...

Bakı Şəhər İcra Hakimiyyəti 2 aydır işdən çıxartdığı əməkdaşların əmək kitabçasını vermir

06.02.2019 14:09 Oxunma sayı: 1146


Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Cəmilə Minqəli qızı Xasanova millixeber.com saytına şikayət edib. O bildirir ki, 2009-cu ildən Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsində xadimə işləyib. 2018-ci ilin dekabrında Kino Xidməti İdarəsi ləğv olunub, işçilər polis təzyiqinə məruz qalıb.  O, həmin ayın 25-dən işsiz qalıb. Lakin Cəmilə Xəsənova indiyədək Bakı Şəhər İcra Hakimiyyətindən əmək kitabçasını ala bilməyib: “Bakı Şəhər İcra Hakimiyyətinin kadr məsələləri sektoruna müraciət edəndə hər dəfə mənə əmək kitabçasının hələ hazır olmadığını deyirlər. Bir əmək kitabçasını yazmaq nə çətin işdir ki, indiyədək bunu uzadırlar? Artıq mən şikayətimi mediaya bildirmək məcburiyyətində qalmışam”.

Cəmilə Xasanova qeyd edib ki, o, 2013-cü ildən pensiyaçıdır. İndi işsiz qaldığına görə pensiyasının məbləği artırılmalıdır. Bundan ötrü o, əmək kitabçasını Dövlət Sosial Müdafiə Fonduna təqdim etməlidir: “Artıq iki aydır ki, əmək kitabçamı ala bilmirəm ki, pensiyamın artırılması məsələsini həll edim. Məni işdən qanunsuz, polis vasitəsilə çölə atdılar. Elə bil ki cinayətkarıq. Hələ üstəlik, əlavə problem də yaradırlar”.

 


loading...