Yuxarı
loading...
loading...

Eldar Əzizovovdan mükafat Zülfəli ismayılova vəzifə verildi

28.01.2019 10:29 Oxunma sayı: 1734


Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin 4 qurumu - Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti, Bakı Şəhər Kino Xidməti İdarəsi, İqtisadiyyat Komitəsi və Bakı Şəhər Ekspertiza Mərkəzi dekabr ayının 17-si tarixindən ləğv edilib. Qurumların ləğvilə bağlı sərəncam işçilərə təqdim edilməyib. 18-dən işə gəlməməkləri tapşırılıb. İşçilərin əməkhaqlarının hesablanması isə arxa tarixdən – 10 dekabrdan göstəriş verilib.

Aparat rəhbəri Elgin Həbibullayev Ləğv edilən qurumların əməkdaşlarına bildirirlib ki, ləğv olunma icrası Respublika Prezidentinin  2018-c i il 10 dekabr tarixli 381 nömrəli Fərmanına əsasən yerinə yetirilir. Dekabrın 10-da çıxan sərəncam elə həmin tarixdən də icra olunmalıdır. Qurumların bağlanması xəbəri işçilərə şifahi şəkildə elan edilib.

Lakin ləğv edilən qurumlardan biri Bakı Şəhər Kino Xidməti İdarəsinin əməkdaşları deyilən şifahi tapşırığa əməl etməyiblər. Rəsmi sərəncamı gözləyərək dekabr ayının 25-inə qədər işlərini davam etdiriblər. İdarənin əməkdaşları öz haqqlarını və hüquqlarını tələb edərək, maddələri əsas gətiriblər.

Qanunvericiliyə görə, bu halda  Əmək Məcəlləsinin 70 b maddəsi ilə (ştatların ixtisarı),  əgər departament ayrıca müəssədirsə  70 a (müəssisənin ləğvi) ilə işçilərin əmək müqaviləsinə xitam verilməlidir. Mümükün halda onlar başqa yerlərdə yerləşdirlməlidir. Bu zaman staj, təcrübə və simtiyazalar nəzərə alınmalıdır. Xitam qaçılmazdırsa onda həmin müəssisədə işləmə müddətindən asılı olaraq kompensasiya almalıdırlar.

Əmək müqaviləsi  70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

Mənbənin bildirdiyinə görə, Əmək Məcəlləsinin bu müddəaları kobud şəkildə pozulub

Haqqlarını tələb edən əməkdaşların iş otaqlarını tərk etməsində Zülfəli İsmayılovun böyük rolu olub.Beləki dekabr ayının  25-I Kino Xidməti idarəsinin əməkdaşları polis vasitəsi ilə idarədən çıxarılıb və idarənin kilidləri dəyişdirilib qapılar möhürlənib. Zülfəli İsmayilovu bu əməliyyatı uğurla yerinə yetirdiyinə görə 28 dekabr Nəzarət Təftiş şöbəsinin  müdiri vəzifəsinə təyin olunub. Qeyd edəkki  Nəzarət Təftiş şöbəsi kecmis Nəzarət şöbəsi olub.

 


loading...