Yuxarı
loading...
loading...

Bakı Şəhər İcra Hakimiyyətinin ləğv edilmiş qurumlarından biri yeni adla fəaliyyətə başladı

01.02.2019 10:13 Oxunma sayı: 1287


Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin 4 qurumu - Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti, Bakı Şəhər Kino Xidməti İdarəsi, İqtisadiyyat Komitəsi və Bakı Şəhər Ekspertiza Mərkəzi dekabr ayının 17-si tarixindən ləğv edilib. Qurumların ləğvilə bağlı sərəncam işçilərə təqdim edilməyib. 18-dən işə gəlməməkləri tapşırılıb. İşçilərin əməkhaqlarının hesablanması isə arxa tarixdən – 10 dekabrdan göstəriş verilib.

Aparat rəhbəri Elgin Həbibullayev ləğv edilən qurumların əməkdaşlarına bildirirlib ki, ləğv olunma icrası Respublika Prezidentinin  2018-c i il 10 dekabr tarixli 381 nömrəli Fərmanına əsasən yerinə yetirilir. Dekabrın 10-da çıxan sərəncam elə həmin tarixdən də işçilərə vaxt verilmədən şamil edilməlidir. Qurumların bağlanması xəbəri işçilərə şifahi şəkildə elan edilib. Ləğv olunan qurumlarda 70 nəfər işçi çalışıb. 

Elgin Həbibullayev əməkdaşlara bildirirlib ki, Prezidentin fərmanına əsasən 4 qurum ləğv edilib. Lakin ləğv edilən qurumlardan birinin - Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin adı dəyişdirilərək Beynəlxalq Münasibətlər adı və yeni müdiriyyəti - Rüstəm Nəcəfovla fəaliyyətə başlayıb. Necə ola bilər ki, Prezidentin fərmanla ləğv etdiyi qurum yeni adla fəaliyyətə başlayır. Belə çıxır ki, Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti Prezidentin fərmanı ilə ləğv edilməyib.  Eldar Əzizovun departamentin əməkdaşlarını öz komandası ilə əvəzləmək üçün uydurduğu plandır. Ləğv edilən 4 qurumdan biri fəaliyyətə başladı. Üçünün aqibəti də çox keçmədən yəqin ki aydın olar.


loading...