Yuxarı
loading...
loading...

ABŞ-da yeni trend: Gözübağlı maşın sürürlər VİDEO

12.01.2019 17:26 Oxunma sayı: 1463


Böyük ekranlara bu yaxınlarda yol tapan “Quş qutusu” (Bird Box) adlı amerika trilleri Birləşmiş Ştatlarda olduqca təhlükəli trendə yol açıb. “Çelenc”də iştirak edənlər filmdən ilhamlanaraq gözübağlı şəkildə müxtəlif tapşırıqları yerinə yetirirlər. Belə “çelenc”lərdən biri avtomobilin trasda gözübağlı şəkildə idarəolunmasıdır.

bu haqda BBC məlumat yayıb.

Baş verən qəzalardan sonra ABŞ-ın Yuta ştatının baş polis idarəsi vətəndaşları gözübağlı şəkildə avtomobil idarə etməməyi xəbərdar edib.

“Bird Box” çellencində iştirak edən yeniyetmələrdən biri papağını aşağı salaraq avtomobili ilə qarşı hərəkət zolağına çıxıb və qəza törədib. Başqa bir yol nəqliyyat hadisəsində isə 17 yaşlı sürücü bu riskli hərəkəti maşınında sərnişin ola-ola edib. Nəticədə hər ikisi ağır bədən xəsarətləri alıb.

Sandra Bullokun baş rola çəkildiyi filmi istehsal edən “Netflix” şirkəti kino fanatlarını bu “çellencdən” daşınmağa və həyatlarını təhlükəyə atmamağa çağırıb. Filmin sujetində Bullokun oynadığı iki uşaq anası mistik qüvvələrin gözünə görünməməsi üçün mütəmadi olaraq gözlərini bağlayır.

 


loading...