Yuxarı
loading...
loading...

İvanka Tramp Ümumdünya Bankına rəhbərlik edə bilər

12.01.2019 16:48 Oxunma sayı: 1292


ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Ümumdünya Bankına rəhbər vəzifəsinə namizəddir.

 bu haqda “Financial Times” məlumat verir.

1 fevral tarixindən etibarən Ümumdünya Bankının prezidenti Cim En Kim istefaya gedir və müvəqqəti olaraq onun səlahiyyətlərini direktor Kristalina Georgiyeva icra edəcək. Bank yeni rəhbərin namizədliyinə dair müzakirələri fevralın ortalarına qədər yekunlaşdırmağı və təşkilatın rəhbərini aprelin ortasına qədər təsdiq etməyi planlaşdırır.

Nəşrin məlumatına əsasən, bu vəzifəyə namizədlər arasında – İvanka Tramp, Nikki Heyli, ABŞ maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini Devid Mellas və ABŞ beynəlxalq inkişaf agentliyinin rəhbəri Mark Qrin vardır.


loading...