Yuxarı
loading...
loading...

Ermənistanda “donuz qripi”ndən ölüm halı qeydə alındı

11.01.2019 23:24 Oxunma sayı: 2161


Bu il Ermənistanda “donuz qripi”ndən ölüm halı qeydə alınıb. 

bununla bağlı Ermənistan Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Milli Mərkəzinin direktoru Artavazd Vanyan mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, ölən qadında müxtəlif xroniki xəstəliklər aşkarlanıb.

O bildirib ki, hazırda 693 nəfər stasionar şəraitdə qripdən müalicə alır. Bəzi xəstələrin vəziyyətləri ağır olduğu üçün reanimasiyaya yerləşdirilib. 

Gürcüstanda “donuz qripi”ndən ölüm hallarına diqqət yetirən Vanyan qeyd edib ki, hazırda Ermənistan-Gürcüstan sərhədinin karantin tədbirlərinin həyata keçirilməsi üçün bağlanmasına ehtiyac yoxdur.


loading...