Yuxarı
loading...
loading...

Bakıda gənc vəhşicəsinə qətlə yetirildi

11.01.2019 20:43 Oxunma sayı: 1283


Bakının mərkəzində, “Nizami” metrostansiyasının yaxınlığında dəhşətli qətl hadisəsi baş verib.

naməlum şəxs tərəfindən bıçaqlanan gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Mərhumun fotoşəkli hadisə şahidlərindən biri tərəfindən çəkilib və sosial şəbəkələrdə yayılıb.

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri hadisə yerinə gələndə həmin şəxs artıq ölü olub.

Hadisə şahidləri bildirirlər ki, öldürülən gənc yenicə əsgərlikdən gəlibmiş. Öldürülən gənc 1996-cı il təvəllüdlü Şəmiyev Emin Asif oğludur.

Hazırda məsələ ilə bağlı araşdırma gedir.

 

 

 

 


loading...