Yuxarı
loading...
loading...

Azərbaycanlı qadın Rusiyada nəvələrini oğurladı

11.01.2019 15:38 Oxunma sayı: 1277


Rusiyanın Omsk vilayətinin polis idarəsinə Yamalo-Nenetski muxtar vilayətinin sakini olan qadın müraciət edərək bildirib ki, keçmiş qayınanası onun iki övladını oğurlayıb. 

bununla bağlı Rusiyanın Federal Xəbər Agentliyi mənbəyə istinadən məlumat yayıb. 

Bildirilib ki, 1962-ci il təvəllüdlü azərbaycanlı qadın Omsk vilayətində həbsdə olan oğluna baş çəkməyə hazırlaşıb. Bunun üçün o, 2011 və 2013-cü il təvəllüdlü olan iki nəvəsini götürərək, yanvarın 5-də qatara əyləşib. 

Yanvarın 6-dan isə onlardan heç bir xəbər alınmayıb. Sonuncu dəfə qadını nəvələri ilə birlikdə yanvarın 9-da Dağıstanın Qızılyurd şəhərində görüblər. 

Faktla bağlı araşdırmalara başlanılıb.


loading...