Yuxarı
loading...
loading...

Rusiyada azərbaycanlı sürücü qəza törətdi: yaralılar var

11.01.2019 13:32 Oxunma sayı: 1260


Rusiya Federasiyasının Kalmıkiya Respublikasının Çernozemelsk rayonunda Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi “Ford Transit” markalı avtomobil qəzaya uğrayıb. 

 Komsomolsk-Artezian yolunda baş verən hadisə zamanı sürücü idarəetməni itirib və avtomobil dərəyə yuvarlanıb. 

Qəza zamanı altı nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırmalar aparılır.


loading...