Yuxarı
loading...
loading...

Barselona" İspaniya Kubokunun 1/8 finalında "Levante"yə məğlub olub

11.01.2019 11:20 Oxunma sayı: 2154


Futbol üzrə İspaniya Kubokunun 1/8 final matçında ikinci heyətlə oynayan "Barselona" səfərdə "Levante"yə 1:2 hesabı ilə məğlub olub.

“Report” xəbər verir ki, Birinci hissənin ortalarında Borxa Mayoral Valensiya komandasının üstünlüyünü artırıb – 2:0. Qonaqlar matçın sonlarında Filippe Koutinyonun penaltidən vurduğu qol sayəsidə hesabdakı fərqi azaldıblar.

Komandalar arasında cavab qarşılaşması yanvarın 17-də keçiriləcək.

"Barselona" turnirin hazırkı qalibidir. Onlar ötən il finalda "Sevilya"nı 5:0 hesabı ilə darmadağın ediblər.


loading...