Yuxarı
loading...
loading...

BP Xəzər dənizinin Azərbaycan sektorunda yeni nəhəng qaz yatağı tapa bilər

11.01.2019 10:38 Oxunma sayı: 1280


BP şirkəti və onun tərəfdaşları Azərbaycanda nəhəng qaz yatağının ("Şahdəniz" qaz-kondensat yatağı) işlənilməsinə 28 milyard dollar sərmayə qoyublar və bu, yalnız tarixin başlanğıcı ola bilər.

Onun sözlərinə görə, şirkət 2020-ci il üçün ölkədə 6 yeni kəşfiyyat quyusu qazmaq niyyətindədir.

Məlumatda deyilir ki, əgər BP-nin gözləntiləri doğrularsa şirkət ehtiyatları təxminən "Şahdəniz"in ehtiyyatlarına bərabər olan yeni qaz yatağı tapa bilər.

Regional prezident bildirib: "Braziliya ilə yanaşı, Azərbaycan bizim üçün yaxın bir neçə il üçün prioritet fəaliyyət istiqamətlərindən biri sayılır. Bu kəşfiyyat proqramı bizim üçün çox vacibdir, çünki biz Xəzərdə böyük potensial görürük".

Q.Consun sözlərinə görə, BP-nin bu il quyular qazmaq niyyətində olduğu Şəfəq-Asiman strukturunda qaz ehtiyyatı "Şahdəniz-2" yatağının ehtiyyatlarına bərabər ola bilər.

O, əlavə edib ki, strukturda qazma işləri 2019-cu ilin sonuna planlaşdırılıb.


loading...