Yuxarı
loading...
loading...

Rusiyada azərbaycanlı sürücünün başını yardılar

10.01.2019 21:41 Oxunma sayı: 1264


Rusiyanın Kazan şəhərində taksi sürücüsü olan 41 yaşlı Azərbaycan vətəndaşını döyən şəxs saxlanılıb. 

 hadisə yanvarın 4-də Mavlyutova küçəsində baş verib. 

“Naməlum şəxs tərəfindən döyülən Azərbaycan vətəndaşı açıq kəllə-beyin travması və boyun sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib. Polis hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı digər taksi sürücüsünü yaxalayıb. Məlum olub ki, o, aralarında baş verən mübahisədən sonra azərbaycanlıya başından xəsarət yetirib”, - Kazan polisindən bildirilib. 

Faktla bağlı sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.


loading...