Yuxarı
loading...
loading...

Qubada dəhşətli qəza: ölənlər var VİDEO - FOTO

10.01.2019 20:34 Oxunma sayı: 1277


Quba-Xaçmaz yolunda baş verən dəhşətli qəzada ölənlərin sayı dörd nəfərə çatıb.

 qəza nəticəsində xəsarət alaraq yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən Ramin Əlfəddin oğlu Seydəhmədov orada dünyasını dəyişib. 

Xalaoğlu olan Qasımov Coşqun Kamil oğlu və Abasov Zakir Eldəniz oğlu isə hadisə yerində dünyasını dəyişmişdi. 10-cu sinif şagirdi olan xalaoğlular repetitor yanına gedirmişlər.

Qəzada həlak olan 3-cü şəxs isə Xaçmaz sakini, 32 yaşlı Nahid Tarıverdiyevdir.

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

 2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədovmüxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Hadisə zaman üç nəfər Xaçmaz rayon sakini - Coşqun Kamil oğlu Qasımov, Zakir Eldəniz oğlu Abasov və Nahid Teymur oğlu Məmmədov ölüb.

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 40 BS 143 dövlət nömrə nişanlı “VAZ 21010” markalı avtomobil 40 BL 944 dövlət nömrə nişanlı “Ford” markalı avtomobillə toqquşub. 

Qəza nəticəsində iki nəfər ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

 

 

 

 


loading...