Yuxarı
loading...
loading...

İstanbulda qara görə təyyarələr də durdu

07.01.2019 11:51 Oxunma sayı: 2080


İstanbulda bir sıra daxili və beynəlxalq aviareyslər təxirə salınıb. Reyslərin təxirə salınması barədə "Türkiyə Hava Yolları"nın saytı xəbərdarlıq edib. Bildirilir ki, avaireyslərin təxirə salınmasına səbəb hazırda burada müşahidə olunan güclü qar yağmasıdır.

Qeyd edək ki, əsasən Atatürk hava limanında avireyslər təxirə düşüb.

Daxili avireyslərdən İstanbul-Sinop, İstanbul-Antalya və İstanbul-Qaziantep, beynəlxalq aviareyslərdən isə İstanbul-Saloniki, İstanbul-Kişinyov, İstanbul-Xarkov, İstanbul-Odessa, İstanbul-Belqrad təxirə düşüb.

Xatırladaq ki, sonuncu dəfə İstanbulda aviareyslər bu ilin yanvarın 4-də dayanıb.


loading...