Yuxarı
loading...
loading...

Güclü fırtına ABŞ-ın qərb sahillərinə çatıb

07.01.2019 11:26 Oxunma sayı: 2714


Özü ilə sərt külək, şiddətli yağış və qar gətirən güclü Sakit okean fırtınası ABŞ-ın qərb sahillərinə çatıb.

Meteoroloqların məlumatına görə, Los-Anceles dairəsinin bəzi yerlərində gözlənilməz daşqınlar, həmçinin Malibu rayonunda sürüşmələr baş verib. 30 dəqiqə ərzində yağıntının miqdarı 23 santimetr olub.

Saatda 113 kilometr sürətli şiddətli küləklər qərb sahillərində, həmçinin elektrikötürmə xətlərinin və ağacların qırılmasına və Kaliforniya ştatından Vaşinqton ştatınadək elektrik enerjisinin kəsilməsinə səbəb olub. San-Fransisko beynəlxalq aeroportunda küləyin sürəti saatda 85 kilometr, San-Rafaeldən şimala – Biq Rok Ricdə saatda 113 kilometrə çatıb.

Hava şəraitinin pisləşməsi, əsasən də böyük miqdarda yağıntının düşməsi əksər hallarda Kaliforniyada sürüşmələrə gətirib çıxarır ki, bu da ştatın hakimiyyət orqanlarının əndişələndiyi hallardan biridir.


loading...