Yuxarı
loading...
loading...

Qar Türkiyədə dəniz reyslərini iflic etdi

07.01.2019 11:19 Oxunma sayı: 1719


İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb. Reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.

Bu dəfə reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü qar və küləyin müşahidə olunmasıdır.

Eyni səbəbdən Bursada da dəniz reyslərinin dayandırıldığı bildirilir.

Meteoroloqlar belə qarlı və küləkli hava şəraitinin hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırıblar.

Bildirilir ki, reyslərdə yaranmış bu fasilə ilə əlaqədar "Marmara" tuneli gücləndirilmiş iş rejiminə keçib.


loading...