Yuxarı
loading...
loading...

Növbəti iki gün üçün hava proqnozu açıqlanıb

04.01.2019 12:14 Oxunma sayı: 2177


Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova ]açıqlamasında bildirib ki, yanvar ayının 5-6-da ölkə ərazisində hava şəraitinin mülayim və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Səhər saatlarında bəzi yerlərdə zəif duman, çişkin olacağı istisna olunmur. Qərb küləklərinin üstünlüyü müşahidə olunacaq. Bəzi yerlərdə arabir güclənəcək".

Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisində havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir: "Bakıda və Abşeron yarımadasında havanın temperaturu 9-15, mərkəzi Aran rayonlarında 10-15, dağlıq ərazilərdə isə 3-7 dərəcə isti müşahidə olunacaq".


loading...