Yuxarı
loading...
loading...

İlin ən yaxşı idmançıları müəyyənləşdi SİYAHI

26.12.2018 22:53 Oxunma sayı: 2424


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib.

 tədbir çərçivəsində bir sıra nominasiyalar üzrə ilin ən yaxşılar müəyyənləşib.

Gənclər və İdman Nazirliyi tərəfindən ilin ən yaxşı idmançıları, məşqçiləri, idman hakimləri və idman təşkilatlarına mükafatlar təqdim olunub.

İlin məşqçiləri

Vaqif Səxavət oğlu Feyzullayev - Eldəniz Əzizlinin məşqçisi (güləş)

Fərhad Polad oğlu İsmayılov - stolüstü tennis komandasının məşqçisi

Tərlan Əliheydər oğlu Həsənov - Hidayət Orucovun məşqçisi (cüdo)

İlin ən yaxşı hakimləri

Vaqif Hüseynağa oğlu Əliyev - həndbol

Anar Tofiq oğlu Babanlı - boks

Vahıd Əlış oğlu Nəzərov - ağır atletika

İdman yarışlarının yüksək səviyyədə keçirilməsinə görə - Gimnastika Federasiyası, Cüdo Federasiyası, Velosiped İdmanı Federasiyası

İlin ən yaxşı federasiyası - Güləş Federasiyası 

İlin ən yaxşı komandası - qızlardan ibarət stolüstü tennis millisi

İlin ən fəal veteranı - Elmira Petrovna Safonina - qılınc oynatma, veteran

İlin yekunlarına görə ən yaxşı idman həkimi

Aytəkin Sahib qızı Rüstəmova - İdman həkimi nəzarəti şöbəsinin müdiri

İlin ən yaxşı idman qurğuları 

Abşeron Olimpiya İdman Kompleksi

Göygöl Olimpiya İdman Kompleksi

Bədən tərbiyəsi və idman sahəsi üzrə ilin elm adamı

Dilqəm Qasım oğlu Quliyev - ADBTİA- elmlər doktoru

İlin ən yaxşi idman verlişlərinin təşkilatçisi jurnalisti

Namiq MirRəşid oğlu Abbasov (ARB24 kanalı)

İlin ən yaxşi İdman televiziya verlişləri kanalı 

Xəzər TV

İlin ən yaxşi idman agentliyi 

Rekord.az

İlin yekunlarına görə ilin ən yaxşı televiziya verilişləri layihəsi

“Bol idman” İctimai TV

Fəxri diplom

Şahin Qaçay oğlu Mahmudov

Fariz Abdulla oğlu Nəcəfov ("Qəbələ" Klubu)

Rafiq Hüseyn oğlu Rəhimov (veteran güləşçi)

Nadir İsa oğlu Əzizov (Kikboksinq Federasiyası)

Elşən Qara oğlu Abbasov (Kikboksinq Federasiyası)

2018-ci ilin yekunlarına görə ilin ən yaxşı komandası- Azərbaycan milli olimpiya komandası

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə

Yelizaveta Luzan (bədii gimnastika) - I yer 

Vüqar Talıbov (cüdo) - I yer 

Turan Bayramov (sərbəst güləş) - I yer 

Tarmerxan Babayev (ağırlıqqaldırma) - II yer 

Cavad Ağayev (taekvondo) - III yer

Şahanə Nəzərova (qadın güləşi) - III yer

Nurlan Səfərov (boks) - III yer

Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 2018-ci ilin yekunlarına əsasən, təsis etdiyi mükafatlar:

Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi - Rövnəq Abdullayev

Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı - Orxan Qoca

Ədalətli oyun prinsiplərinə sadiq - Emin Şaxtaxtinski

Ədalətli oyun prinsiplərinə sadiq məşqçi - Mariana Vasilyeva

Ədalətli oyun prinsiplərinə sadiq idmançı - Eldəniz Əzizli

Ədalətli oyun prinsiplərinə sadiq səfir - Fərid Mansurov

Aliyə Alkova, Rakif Əliyev, Zöhrə Əskərova, Səmayə Məmmədova və Elşən Şirinov dövlət qulluğundakı səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif ediliblər.

İlin ən yaxşı idmançıları

Eldəniz Əzizli (yunan-Roma güləşi) - Dünya və Avropa çempionu

Bayram Mustafayev (paracüdo) - Dünya çempionu

Hidayət Heydərov (cüdo) - Dünya və Avropa çempionatının mükafatçısı

Cəbrayıl Həsənov (sərbəst güləş) - Dünya və Avropa mükafatçısı

Radik İsayev (taekvando) - Avropa çempionu və Dünya Kubokunun mükafatçısı

Mixail Malkin (tamblinq) - Avropa çempionu

Pərviz Həsənov (dama) - Gözdən əlillər arasında dünya və Avropa çempionu

Şəhriyar Məmmədyarov (şahmat) - Dünya reytinqində 3-cü yerin sahibi

Elxan Əliyev (kikboksinq) - Avropa çempionatının mükafatçısı

Rafael Ağayev (karate) - dünya çempionatının mükafatçısı və Avropa çempionu.

 

 

 


loading...