Yuxarı
loading...
loading...

İndoneziyada ölənlərin sayı 334-ə çatdı

24.12.2018 18:32 Oxunma sayı: 2023


İndoneziyanın Zond boğazı sahillərində ötən həftə sonu baş verən sunami nəticəsində ölənlərin sayı 334 nəfərə yüksəlib.

Son rəqəmlərə görə, 61 nəfər itkin düşmüş hesab edilir.

Qeyd edək ki, daha əvvəl ölü sayının 281 olduğu açıqlanmışdı. Üç mindən çox insan təbii fəlakətdən zərər çəkib, mindən çoxu evakuasiya olunub.

Fəlakətin baş verdiyi rayonlarda axtarış-xilasetmə işləri davam etdirilir.


loading...