Yuxarı
loading...
loading...

ABŞ bu dəfə Avropa İttifaqını hədələdi

13.12.2018 18:48 Oxunma sayı: 1292


Avropa İttifaqı ABŞ-ın İrana qarşı sanksiyalarını pozsa, Vaşinqtonun sanksiyaları ilə üzləşə bilər.

 bunu ABŞ dövlət katibi Maykl PompeoBMT Təhlükəsizlik Şurasının İranla bağlı iclasının yekunlarına dair bəyan edib.

O bildirib ki, İrana qarşı sanksiyalarla bağlı müəyyən istisnalar var. Söhbət dərman və ərzaqdan gedir.

“Əgər ticarət əlaqələri bu istisnalarla bağlıdırsa, biz sanksiya tətbiq etməyəcəyik. Lakin hansısa məhdudiyyətimiz pozulsa, istənilən tərəfə qarşı sanksiya tətbiq etməyə hazırıq”, - deyə o vurğulayıb.

 


loading...