Yuxarı
loading...
loading...

Azərbaycanda arıqlamaq üçün dərman içən 18 yaşlı qız öldü

06.12.2018 15:45 Oxunma sayı: 1481


Yevlaxda 18 yaşlı qız zəhərlənərək ölüb.

2000-ci il təvəllüdlü Sona Əliyeva dekabrın 4-də axşam saatlarında zəhərlənmə diaqnozu ilə Yevlax rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım bölməsinə gətirilib. 

Dekabrın 5-də isə xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O, evdə arıqlamaq üçün kömür tabletkası qəbul edib. 

Ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.


loading...