Yuxarı
loading...
loading...

Xaçmazda brakonyerler ələ keçdi

06.12.2018 14:54 Oxunma sayı: 2163


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz rayonu ərazisində icazəsiz balıq ovlayan şəxslər saxlanılıb.

Bu barədə  nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakini Əlibaba Kərimov və Siyəzən rayon sakini İsa Səmədov olduğu müəyyən edilib. Onlardan ovlanması qadağan edilən iki uzunburun, dörd nərə və digər balıq növləri, ov alətləri və asma mühərrikli qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq, icazəsiz balıq ovlayan şəxslər barəsində 1573 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.


loading...