Yuxarı
loading...
loading...

Milanda baş tutmuş görüşlə bağlı Elmar Məmmədyarovun şərhi

06.12.2018 09:58 Oxunma sayı: 1286


Azərbaycan və Ermənistan arasında xarici işlər nazirləri səviyyəsində İtaliyanın Milan şəhərində keçirilən görüş zamanı danışıqların gələn ay davam etdirilməsi barədə razılıq əldə olunub.

 bunu 5 dekabr tarixində Milanda ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri vəzifələrini icra edən Zöhrab Mnatsakanyan ilə baş tutmuş görüşün yekununda XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Nazir görüşün 3 saata yaxın davam etdiyini bildirib:

"Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb".


loading...