Yuxarı
loading...
loading...

Metro keçidlərində qəzet satışı bərpa edilmir - “maraqlı” səbəb...

06.12.2018 09:37 Oxunma sayı: 1271


Bəxtiyar Məmmədov: “Kitab satışına nəzarət mümkün olsa da, qəzetlərlə bağlı bu, belə deyil”

Bakıda metro stansiyalarının girişlərində müxtəlif növ məhsulların satışına icazə verilib. Artıq metro girişlərində gül mağazasından tutmuş, apteklərə qədər rast gəlmək olur. Son zamanlar metronun “28 May” stansiyasının girişində kitab satışı da həyata keçirilir. Bəs metroda qəzet satışı da bərpa oluna bilərmi?

Yada salaq ki, 2013-cü ilin noyabr ayından etibarən metro stansiyalarındakı keçidlərdə qəzet və kitab satışı qadağan edilib.  O zamandan bu günə qədər hələ də metro keçidlərində qəzetlərin satışına icazə verilmir. Ötən 5 il ərzində bu məsələ ilə bağlı mətbuatda bir sıra yazılar dərc edilib. Bildirilib ki, qəzetlər cəmiyyətin maariflənməsi üçün önəmli rol oynayırlar. Bu baxımdan hər gün minlərlə adamın keçdiyi metro keçidlərində qəzet satışının bərpa edilməsi faydalı olar. Lakin bütün söylənilənlər nəticəsiz qalıb.

15 noyabr 2013-cü ildən  isə metroda qəzet-jurnal satışını həyata keçirən “Metroservis” firması  ləğv edildi.  Sonradan “Metroservis” yalnız abunə kampaniyası ilə məşğul oldu. Firma xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sifarişlər qəbul etdi.

Ölkə əhalisinin ən çox istifadə etdiyi nəqliyyat vasitəsi olan metronun stansiyalarından qəzet satışının dayandırılması isə cəmiyyətin informasiya almasını çətinləşdirməklə  bərabər, qəzet redaksiyalarına da maddi baxımdan xeyli zərər vurmuş oldu.

Tağı Əhmədovdan sonra “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov təyin olunduqdan sonra stansiyalara, qatarlara vurulan reklam banerləri tamamilə yığışdırılmışdı. Amma bu qadağa da aradan qalxıb. İndi isə bütün stansiyalarda çoxsaylı reklamların şahidi oluruq. Eyni zamanda Zaur Hüseynovun təyinatı dövründə metroda dayandırılan digər növ reklamlar, sosial çarxların da hamısı bərpa edilib. Təkcə qəzet satışından başqa...

Bəxtiyar Məmmədov ile ilgili görsel sonucu

Məsələ ilə bağlı məlumat almaq üçün  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, kitab satışına nəzarət etmək asan olsa da, qəzetlərlə bağlı bu, belə deyil: “Ona görə də kitab satışında heç bir problem olmur.  Yəni satışa nəzarət etmək mümkündür. Qəzet satışına isə nəzarət çətin olduğu üçün hazırda metro keçidlərində satışa müsbət yanaşılmır.  Hələ ki icazə ilə bağlı məsələ gündəlikdə deyil”.


loading...