Yuxarı
loading...
loading...

“Bavariya” Ronaldudan niyə imtina etdi?

05.12.2018 21:38 Oxunma sayı: 1270


Almaniyanın “Bavariya” klubunun prezidenti Uli Hönes ötən yay Portuqaliya millisinin üzvü Kriştianu Ronaldunu niyə transfer etmək istəmədiklərinin səbəbini açıqlayıb.

O, bunu belə əsaslandırıb: 

“Ronaldunun 33 yaşı var və onun qiyməti 100 milyon avro idi. Buna görə biz onu almağa çalışmadıq. 24 yaşı olsaydı, bu məbləği vermək olardı”.

Qeyd edək ki, Kriştianu Ronaldu yayda Madridin “Real” klubundan İtaliyanın “Yuventus” komandasına transfer olunub.


loading...