Yuxarı
loading...
loading...

39 yaşlı Afətdən efirdə ŞOK TƏKLİF: Şübhəsi varsa, gəlsin həkimə gedək FOTO

05.12.2018 19:17 Oxunma sayı: 2393


Yaşını gizlədənlərdən deyiləm.

 bunu müğənni Afət Fərmanqızı onun plastik əməliyyat etdirdiyini düşünənlərə "Hər şey daxil"də cavab verərkən deyib.

Müğənni efirdən onun plastik əməliyyat etdirdiyini iddia edənləri mərcə dəvət edib:

"Mən indiyə qədər heç vaxt özümü tərifləmirdim. Amma baxıram ki, özün-özünü tərfiləməsən, üzərinə gəlirlər. Mən efir vasitəsi ilə mərcə girirəm. Şübhəsi varsa, kim məni öz istədiyi həkimin yanına aparsa, gedək həkimə. Həkim məndə birdənə plastik bir şey tapsa, mən 10 min dollar həmin adama pul verəcəm.

Gələn il 40 yaşım olur. Yaşını gizlədənlərdən deyiləm. Bununla da fəxr edirəm. Məncə 20 il sonra da mən pis qalmayacam".

Müğənninin sözlərinə Tolik "Səni sevən adam yaxşı baxır sənə. Yəni ki, tək kişi sevgisindən söhbət getmir. Dostlardan söhbət gedir" ifadələri ilə reaksiya verib.

Qeyd edək ki, Afətin 21 yaşında oğlu var.


loading...