Yuxarı
loading...
loading...

Moskva Paşinyanın katibini anlamadı

05.12.2018 17:21 Oxunma sayı: 1274


Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın mətbuat katibi Arman Eqoyanın Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinin təxirə salınması ilə bağlı xahiş etmədiyi barədə bəyanatı Moskvada təəccüblə qarşılanıb.

 bu barədə tert.am saytının Moskvadakı diplomatik mənbəyə istinadən yaydığı məlumatda deyilir.

Bildirilir ki, Ermənistan tərəfi Rusiya və KTMT-nin digər üzvlərinə müraciət edərək sammitin təxirə salınmasını istəyib.

Məsələyə münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Paşinyanın mətbuat katibinin bəyanatının istər forma, istər də məzmunca narahatlıq doğurduğunu bildirib.


loading...