Yuxarı
loading...
loading...

Çində DNT-si dəyişdirilmiş körpələr doğulub

02.12.2018 16:40 Oxunma sayı: 2449


Çinli alim He Jiankui bəyan edib ki, süni mayalanma prosedurundan əvvəl insan embrionlarına müdaxilə edib və bunun nəticəsində iki DNT-si dəyişdirilmiş iki körpə dünyaya gəlib.

bununla bağlı “Associated Press” məlumat yayıb.

Çinli gen alimi Honqkokda təşkil edilən İsnan Genomunun Təşkil edilməsi Beynəlxalq zirvəsinə qatılıb. O, konfrans başlamadan öncə təşkilatçıların yanına gedib və tarixdə ilk dəfə insan embrionundakı DNT-ləri dəyişdirdiyini deyib.

Bundan sonra Çində hüquqi araşdırmalara başlanılıb və genlərlə bağlı bütün sınaq tədqiqatları keçici olaraq yasaqlanıb.

Alim “Associated Press”ə verdiyi açıqlamada süni mayalanma yolu ilə ana olmaq istəyən yeddi qadında bu proseduru həyata keçirdiyini deyib.

Nəticədə sağlam bir anadan və HİV virusu daşıyan bir atadan DNT-si dəyişdirilmiş əkiz qızlar dünyaya gəlib.

Alim deyib ki, uşaqlardan CCR5 genini çıxarıb və bu, onlarda HİV virusuna qarşı ömürlük müqavimət yaradıb.

Prosedurun ailənin icazəsi ilə həyata keçirildiyini deyən elm adamı etik səbəblərdən ailənin adını verə bilməyəcəyini qeyd edib.

Çin Sağlamlıq və Planlı Doğuş Komitəsi alimin təcrübələrini qanunsuz apardığını bəyan edib. 100-ə qədər məsləkdaşı da ona qarşı çıxıb, bunun təxmin edilməz pis nəticələrə gətirəcəyini bildiriblər.


loading...