Yuxarı
loading...
loading...

65 ölkənin seçimi, 20 ilin sınağı - “BergHOFF” FOTO

20.11.2018 15:32 Oxunma sayı: 2384


Uzun illərdir axtardığınız, keyfiyyətinə inandığınız mətbəx əşyalarının, cehizlik qab-qacaqların, elektronika məhsullarının nömrə bir ünvanı olan Belçika brendi “BergHOFF”un artıq Bakıda ikinci filialı müştərilərinin istifadəsinə verildi.

Belçika Krallığının Azərbaycandakı səfirlik nümayəndəərinin iştirakı ilə keçirilən açılış mərasimi müştərilərin böyük sıxlığı və marağı ilə qarşılandı. Mağazada bir-birindən gözəl qab-qacaq dəstləri, qazan-tavalar, eleqant çəngəl-qaşıq-bıçaq dəstləri,fərqli mətbəx alətləri alıcılara endirim kampaniyaları ilə təqdim edildi.

Həmçinin “BergHOFF” mağazası ən yaxşı  müştərilərinə bahalı hədiyyələr də təqdim etdi. 

Qeyd edək ki, “BergHOFF” 20 ildən çoxdur ki, 65-dən artıq ölkədə məşhurlaşmış bir dünya markasıdır. Dəfələrlə Beynəlxalq mükafatlara layiq görülmüş brend 1000-dən çox çeşidi ilə bütün arzularınızı gerçəkləşdirir. Markanın əsas missiyası isə ekoloji uyğunluq, keyfiyyət və yüksək səviyyəli dizayndan ibarətdir.

ÜNVAN:  Bakı şəh. N.Nərimanov M/S yaxınlığı. Ə.Rəcəbli 3 
ƏLAQƏ:  012 564- 04- 75

 

 

 

 

 

 

 

 


loading...