Yuxarı
loading...
loading...

D&P nümayəndəsi ətirlərdən düzgün istifadənin sirrini açdı - Üç günə qədər dayanıqlılıq

19.11.2018 15:25 Oxunma sayı: 2387


Ətir müasir insan obrazının vacib və vazkeçilməz aksesuarıdır. Ətir insanın özgüvənini artırır, özünü daha eleqant, romantik, emosianal hiss etməsinə kömək edir, ilhamlandırır. Ətir istənilən cəmiyyətdə qadın və kişinin obrazını fərqləndirən xüsusi bir sehirdir.

Məşhur fransalı aktyor Jerar Depardye Bakıya səfərindən sonra belə demişdi:

“Azərbaycanın mədəniyyəti və tarixi kosmik səviyyədədir, onlar geyinməyi və parfümdən istifadəni çox yüksək səviyyədə bacarırlar, bu, məni heyrətləndirir”.

 

Son zamanlar Azərbaycanda Türkiyənin D&P markasına məxsus ətirlərə tələbat artıb. Bunu nəzərə alaraq, biz şirkətin Bakıdakı nümayəndəsi İlham Qasımovla söhbət etməyə qərar verdik. O, D&P-nin Azərbaycanda uğurlu biznesinin, eləcə də, bu məşhur ətrin xüsusiyyətləri barədə bəzi sirləri bizimlə bölüşdü.

İlham Qasımovun sözlərinə görə, “D&P Parfüm” 1999-cu ildə Ankarada yaradılıb və bu günə qədər fəaliyyətini davam etdirir.

“Əsas işimiz parfümeriya istehsalıdır. Türkiyənin ən yaxşı ətir istehsalçısı adını biz daşıyırıq. Hazırda dünyanın 37 ölkəsində şirkətimizin mağazalar şəbəkəsi fəaliyyət göstərir. Əsas məqsədimiz keyfiyyətli məhsullarımızla müştərilərin seçimində əvəzolunmaz yeri tutmaqdır”.

O həmçinin qeyd etdi ki, şirkətin məhsulları GMP Avropa standartlarına cavab verir.

“Biz insan sağlamlığına böyük önəm veririk. Xammalı insan sağlamlığı ilə bağlı sınaqların ən yüksək səviyyədə aparıldığı Avropa İttifaqından tədarük edirik və keyfiyyət səviyyəmiz IFRA (Ətirli Maddələr üzrə Beynəlxalq Assosiasiya) standartlarına cavab verir.

İlham Qasımovun sözlərinə görə, bu ətirlərin tərkibi tam naturaldır və heç bir sintetik vasitədən istifadə olunmur.

“Bizim mağazalarımızda ən yaxşı kişi və qadın ətirlərini əldə edə bilərsiniz. Bütün ətirlərimiz dünyada tanınmış “Chanel”, “Giorgio Armani”, “Christian Dior”, “Davidoff”, “Bvlgari”, “Hugo Boss”, “Versace”, “Escada”, “Burberry”, “Donna Karan”, “Calvin Klein”, “Moschino”, “Givenchy”, “Kenzo”, “Lacoste”, “Dolce&Gabanna”, “Britney Spears”, “Cacharel”, “Carolina Hererra”, “Gucci”, “Paco Rabanne”, “Lancome” kimi məşhur brendlərin analoqudur.

Sonda müsahibimiz D&P ətirlərinin istifadəsi ilə bağlı incə nüanslardan da danışdı:

“Ətri duş aldıqdan sonra bədəninizin damarlara yaxın nahiyələrinə vurun. Bizim ətirlər qalıcı olması ilə fərqlənir. Əgər onlardan düzgün istifadə etsəniz, 48 saatdan üç günə qədər təravətli ətir qoxusunu təmin edə bilərsiniz”.

 


loading...