Yuxarı
loading...
loading...

Günel Zeynalova: Kişi olsaydım, çox şorgöz olardım VİDEO

19.11.2018 14:57 Oxunma sayı: 1302


Türkiyədə fəaliyyət göstərən müğənni Günel Zeynalova “ATV maqazin onlarla” proqramında “33 sual” rubrikasının qonağı olub.

O, əyləncəli sualları cavablandırıb.

Xarizmatik kişiləri bəyəndiyini deyən sənətçi gələcək həyat yoldaşının ona sənətlə bağlı qadağa qoya bilməyəcəyini deyib:

“Xarizmatik kişiləri bəyənirəm. Gələcək həyat yoldaşım məni belə sevib, qəbul etməlidir. Evlənəndən sonra isə deməlidir ki, get, oxu. Pərəstişkarımla da sevgili ola bilərəm. Yetər ki, məni sevsin. Xəyanəti isə bağışlamıram. Çünki indiyədək heç kimə xəyanət etməmişəm. Yəqin ki, kişi olsaydım, çox şorgöz olardım”.

O, daha sonra “Üzeyir Mehdizadə, yoxsa Rəhim Rəhimli” sualına cavab verərkən Üzeyiri seçdiyini deyib:

“Təbii ki, Üzeyir, Rəhimlə ulduzlarımız barışmır, baxmayaraq ki, yerlimdir”.

 

loading...