Yuxarı
loading...
loading...

Makron Avropanı iri dövlətlərə qarşı müqavimət göstərməyə çağırıb

19.11.2018 12:34 Oxunma sayı: 1286


Avropa böyük dövlətlər tərəfindən gələn təhlükələrə müqavimət göstərmək üçün güclü olmalıdır.

 bunu Fransa prezidenti Emmanuel Makron bundestaqda çıxışı zamanı deyib.

"Avropa və ona daxil olan Fransa-Almaniya ittifaqı dünyanın xaosa bürünməsinə mane olmağa borcludur…Məhz buna görə Avropa daha güclü və daha müstəqil olmalıdır", - deyə o bildirib.

Makronun sözlərinə görə, Avropa böyük dövlətlərin əlində oyuncaq olarsa və dünya arenasında ikinci dərəcəli rol oynayarsa, öz rolunu oynaya bilməz".

Bundan əvvəl Makron Fransanın ABŞ-ın vassalı olmaq istəmədiyini bildirib.


loading...