Yuxarı
loading...
loading...

Qəbul imtahanlarında şagirdlərin dinləyib anlama bacarığı yoxlanılacaq

18.11.2018 21:16 Oxunma sayı: 1288


Yeni növ qəbul imtahanlarında xarici dil bölməsi üzrə şagirdlərin dinləyib anlama bacarığını yoxlacağıq. Gənclər ümumi təhsil məktəbini bitirəndə hər hansı xarici dili bilməlidir, dinləyib anlamalıdır.

 bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hələlik şagirdlərin danışma standartları yoxlanılmır:

“Şagirdlərin danışmaq standartlarını da yoxmalamağa hazırıq. Amma iki il yarım biz şagirdlərin dinləyib anlama standartları ilə əlaqədar imtahanlar keçirəcəyik, sonra da danışma standartlarını yoxlayacağıq. Buna bizim elmi və texniki potensialımız var”.

Məleykə Abbaszadə qeyd edib ki, xarici dil bölməsi üzrə şagirdlərin danışma standartlarını yalnız onlara resurslar təqdim edildikdən sonra yoxlaya biləcəklər:

“Şagirdlərin danışmaq bacarığını yoxlamaq üçün texnoloji, metodoloji, elmi cəhətdən biz hazırıq. Bunun üçün kifayət qədər resurs lazımdır, o resurlar veriləndən sonra biz bunu tətbiq edəcəyik”.


loading...