Yuxarı
loading...
loading...

Yəhudilər şabbata görə stüardessaları döydülər

18.11.2018 14:27 Oxunma sayı: 1281


Ultraortodoksal yəhudilər “El Al” aviaşirkətinə məxsus təyyarədə stüardessalara hücum ediblər. Onlar şabbatın pozulmaması üçün təyarrənin dərhal yerə enməsini istəyiblər.

 bu barədə “Facebook” səhifəsində sərnişinlər sırasında olan Roni Meytal yazıb.

Onun sözlərinə görə, noyabrın 16-da “Boeing” 787 Nyu-Yorkdan Tel-Əvivə uçub, lakin havaya nəzərdə tutulduğundan gec qalxıb. Göyərtədə olan 70 ortodoksal yəhudi şabbata yetişməyəcəklərini anlayaraq təyyarədən buraxılmalarını tələb ediblər. Ancaq ekipaj İsrailə zamanında yetişəcəyini bildirib. Artıq gecikəcəklərini anlayandan sonra yəhudilər stüardessalara hücum ediblər.

 

“Altı saat uçuşdan sonra mən səslər eşitdim və ağlayan göyərtə bələdçisini gördüm. Onu döymüşdülər, yəhudilər pilotların kabinasının qapısını sındırmaqla hədələyirdilər... Deyəsən şənbənin qeyd edilməsi haqqında göstəriş insanlara məhəbbətdən daha üstündür”, - Meytal yazıb.

Nəticədə təyyarə şənbə başlayana qədər Afinada yerə enib. Ortodoksal yəhudilər Yunanıstanda qalıb, digər sərnişinlər isə İsrailə başqa aviaşirkətə məxsus təyyarə ilə çatdırılıb.


loading...