Yuxarı
loading...
loading...

Araz Abdullayev: "Diqqətimiz həm də Malta - Kosovo matçına yönəlmişdi"

18.11.2018 11:15 Oxunma sayı: 1493


"Sevinirik ki, qalib gəldik. Əsas məqsədimiz topa daha çox nəzarət etməkdən ibarət idi. Çalışırdıq ki, hesabı qoruyaq və gücümüzü son oyuna saxlayaq. Diqqətimiz həm də Malta - Kosovo matçına yönəlmişdi. Lakin Kosovo qalib gəldi".

Bunu Azərbaycan yığmasının futbolçusu Araz Abdullayev evdə Farer adalarını 2:0 hesabı ilə yendikləri UEFA Millətlər Liqasının V tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi bildirib ki, noyabrın 20-də səfərdə Kosovo ilə keçirəcəkləri son qarşılaşma finala bərabər olacaq.

"Yenə birgə mübarizə apararaq, bu işin də öhdəsindən gəlməliyik" söyləyən Abdullayev yüksək motivasiya və konsentrasiya olmalarının gərəkliyini vurğulayıb:

"Deməzdim ki, əhvalımız yoxdur. Sadəcə, qarşıda Kosovo ilə oyun var. Maksimum çalışırıq ki, son matçımıza motivasiya və konsenrtasiya olaq. Cəmi 3 gün vaxtımız qalıb".

Təcrübəli futbolçu oyunun sonlarında ayağındakı ağrılara baxmayaraq, hazırda özünü yaxşı hiss etdiyini diqqətə çatdırıb.

Araz Abdullayev Farer adaları ilə görüşdə sonadək meydanda olub.


loading...