Yuxarı
loading...
loading...

DİM imtahanların pullu keçirilməsinə münasibət bildirdi

17.11.2018 18:33 Oxunma sayı: 1486


Dövlət İmtahan Mərkəzi (DİM) imtahanların pullu keçirilməsinə münasibət bildirib.

bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, DİM tərəfindən keçirilən imtahanların pullu olması barədə məlumatlar yanlışdır:

“DİM yaranan zaman dövlət tərəfindən 7,6 milyon manat ayrılıb. Bu məbləğin 3,5 milyon manatı  kənardan dəvət olunan adamlara ödənilib. İmtahanın təmiz, düzgün keçirilməsi üçün bu normaldır”.

Məleykə Abbaszadə bildirib ki, DİM-in mərkəzi aparatı və regional bölmələri də daxil olmaqla ümumilikdə şəxsi heyəti 210 nəfərdən ibarətdir: 

“Təbii ki, qeyd olunan həcmdə tədbirlərin həyata keçirilməsi üçün bundan daha çox sayda əməkdaşa ehtiyac var”.


loading...