Yuxarı
loading...
loading...

Kaliforniyada meşə yanğınları nəticəsində 71 nəfər ölüb

17.11.2018 13:38 Oxunma sayı: 2398


Kaliforniyanın şimalında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb, min nəfərdən çox insan itkin düşüb.

 bu barədə yerli hakimiyyət dairələrinə istinadən "NBC News" telekanalı məlumat yayıb.

Bildirilir ki, hazırda ştatın şimalında yanğınların sahəsi 59 min hektara yaxındır, minlərlə tikili məhv olub.

Bundan əvvəl Kaliforniya ştatının şimalındakı Byutt dairəsində tüğyan edən meşə yanğınları qurbanlarının sayının 63 nəfər olduğu bildirilirdi.


loading...