Yuxarı
loading...
loading...

DGK-dən yenilik: xüsusi maarifləndirici bukletlər hazırlanıb

17.11.2018 13:15 Oxunma sayı: 1275


Dövlət Gömrük Komitəsi (DGK) dövlət sərhədini keçən şəxslər üçün xüsusi maarifləndirici bukletlər hazırlayıb. 

Musavat.com-un məlumatına görə, bu sözləri DGK-nın texnoloji innovasiyalar və statistika baş idarəsi rəisinin müavini Azər Abasov deyib.

Onun sözlərinə görə, bukletlərin üzərində ölkəyə idxal olunan mallar 4 növə ayrılır:
"Birinci qrupa ölkəyə güzəştli qaydada keçirilən mallar, ikinci qrupa yazılı formada bəyan edilməsi zəruri olan mallar, üçüncü qrupa mülki dövriyyəsi məhdudlaşdırılmış mallar və 4-cü qrupa isə mülki dövriyyəsi qadağan olunmuş mallar daxildir. 
Burada məqsəd bütün mallar haqqında ətraflı məlumat verməklə sərnişinləri bilgiləndirməkdir.

Bukletlərin elektron variantları da mövcuddur. Vətəndaşlar bunu xüsusi kobinələrin üzərində yerləşdirilən QR kod vasitəsilə Gömrük yoxlamasından keçən şəxslər mobil telefonda olan oxuyucular vasitəsi ilə oxutdura bilərlər".

DGK rəsmisi deyib ki, həmin bukletlər üçün xüsusi köşklər hazırlanır:

"Bu hələ pilot layihədir . Dediyim kimi xüsusi köşklər hazırlanır. Orada həm bizim bukletlər, həm də digər dövlət qurumlarının məlumatlandırıcı sənədləri yerləşdiriləcək. Hazırda layihə üzərində sonuncu işlər gedir və tezliklə icrasına başlanılacaq".

 


loading...