Yuxarı
loading...
loading...

Büdcə müzakirələri - deputatların təklifləri üçün pulu necə tapmalı?

17.11.2018 11:57 Oxunma sayı: 1526


Ekspert: “Mənbələr yetərincədir, əsas odur ki, hökumət hərəkətə keçsin”

Milli Məclisdə ikigünlük plenar büdcə müzakirələri başa çatdı. Deputatlar hökumətə noyabrın 23-dək vaxt verdilər: irəli sürdükləri təkliflərin dəyərləndirilməsi üçün.

Builki müzakirələrdə deputatların səsləndirdiyi təkliflər arasında  iki məsələ öndə oldu. Bunlardan birincisi, uşaqlara müəyyən yaşa qədər müavinətin ödənməsidir. Milli Məclisin Sosial siyasət komitəsinin rəhbəri Hadı Rəcəbli bu mövzuda maraqlı açıqlama ilə çıxış edərək, 2011-ci ildən bəri Azərbaycanda doğumun azaldığını - 176 mindən bu ilin ötən dövrü üçün 103 minə düşdüyünü söylədir. Digər deputatlar isə bunun qarşısını almaq üçün tədbirlər görülməsini, o cümlədən yeni doğulan uşaqlara görə valideynlərə müavinət ödənməsini təklif etdilər.  Büdcənin komitə iclaslarında da qaldırılan bu məsələyə maliyyə naziri Samir Şərifov reaksiya verərək, Azərbaycanın uşaqpulu ilə bağlı digər ölkələrlə, məsələn, Belarusla müqayisə olunmasına qarşı çıxdı. Bildirdi ki, Belarusda demoqrafik problem olduğu üçün yeni doğulan uşaqlara görə müavinət verilir. Amma bununla belə, nazir məsələyə baxılmasını da istisna etmədi.

Milli Məclisdəki büdcə müzakirələrində qaldırılan ikinci məsələ əlillik dərəcələrinin verilməsi sahəsindəki problemlər oldu. Bir neçə deputat bu məsələni qaldıraraq Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi  nazirliklərinin mövcud problemləri aradan qaldırmağa səslədilər.

Ä°lgili resim

Büdcə müzakirələrində digər mühüm məsələ pensiya yaşının artırılmasından dövlətin heç nə əldə etməməsi oldu. Bu məsələni qaldıran Vahid Əhmədov deyib: “Azərbaycanda qadınlar və kişilərin pensiya yaş həddini eyniləşdirdik. Bu, dövlət büdcəsinə əlavə vəsait gətirdimi? Son 10 ildə yaşa görə pensiyaya çıxmanı iki dəfə dəyişmişik. Ölkədə pensiya islahatlarının müsbət nəticəsini görmürəm”. O qeyd edib ki, pensiya sistemi haqqında qanuna yenidən baxmağa böyük ehtiyac var: “Təklif edirəm ki, pensiya yaşı məsələsinə çox ciddi baxılsın. Ölkələr var ki, orada bir işləyənə bir pensiyaçı, Azərbaycanda isə bir pensiyaçıya 3 nəfər işləyən düşür. Nəyə görə biz yaş həddini 65-ə qaldırmışıq? Bu məsələ qadınlar üçün isə heç başadüşülən deyil”.

Sahil Babayev ile ilgili görsel sonucu

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə əlilliyin təyinatı sahəsindəki problemlərdən ötərək pensiya yaşının azaldılması təklifinə münasibət bildirib: “İndi bütün ölkələrdə pensiya yaşı artırılır. Yəni pensiya yaşını azaldan yoxdur. Artıq Avropa ölkələrində pensiya yaşı 67-69-a qaldırılıb”.

Nazir bildirib ki, normalda pensiya müddəti 12 il olmalıdır: “Bu gün Azərbaycanda qadınların həyat dövrü 78 yaşdır. 78 yaş olduğuna görə 65 yaşda pensiyaya çıxdıqda 13 il pensiya ala bilirlər. Ona görə də bu normaldır. Bunu azaltmağa və ya artırmağa ehtiyac yoxdur”.

Büdcə müzakirələrində bir çox deputatlar diqqəti Milli Məclis önünə toplaşan şəhid ailələrinin qaldırdığı məsələyə yönəldiblər. Onlar şəhid hərbi qulluqçular üçün nəzərdə tutulan sığorta haqqının bütün şəhidlərə verilməsini təklif ediblər.

Ä°lgili resim

Bundan əlavə, Qənirə Paşayeva əlillərə verilən müavinət və pensiyaların artırılmasını, Əli Məsimli yaşayış minimumunun real yaşayış xərclərinə uyğunlaşdırılmasını, Ziyad Səmədzadə kredit faizlərinin aşağı salınmasını, digər deputatlar isə başqa təkliflərini səsləndiriblər. Vitse-spiker Valeh Ələsgərov isə həmkarlarından təkliflərini səsləndirərkən, maliyyə mənbələrini də göstərməyə çağırıb: “Deputatlar təklif edirlər ki, pensiyaları, uşaqlara verilən müavinətləri artıraq. Bu, çox gözəl təklifdir. Amma kimsə həmin məsələlərin həllinə nə qədər vəsaitin lazım olduğunu və onun mənbəyini göstərmir. Təkliflərdən belə çıxır ki, deputatlar milləti, xalqı sevir, hökumət üzvləri isə bunun əleyhinədir? Onlar da bu millətdəndir. Əgər təkliflərinizin həlli üçün maliyyənin mənbəyini bilirsinizsə, hökumət üzvləri ilə bölüşün”.

Deputat Fəzail Ağamalı ile ilgili görsel sonucu

Deputat Fəzail Ağamalı bu çıxışdan sonra bütün şəhidlər üçün sığorta haqqının ödənməsini təmin etmək üçün maliyyə mənbəyi olaraq keçmiş məmurların əmlakının satılmasını təklif edib. Ə.Məsimli isə başqa bir variant səsləndirib:“Büdcənin strukturu təkmillşdirilməlidir. Beynəlxalq səviyyəli  mötəbər təhqiqatların  nəticələri göstərir ki, büdcənin çox hissəsinin təmir-tikintiyə xərclənməsi, əslində mədəni surətdə büdcə vəsaitinin mənimsənilməsinin, yeyilməsinin ən populyar üsuludur. Büdcəmizin sosial yönümündən danışırıq, amma Qazaxıstanda büdcənin sosial yönümli  xərcləri 44 faiz, bizdə isə  hər iki variantı  qeyd etsək, 27-33 faizdir. Biz də büdcədə sosial yönümlü xərcləri artırıb, əhalinin güzaranına müsbət təsir göstərməliyik. Ona görə bizim bu fikrimizə qarşı əsası olmayan arqumetlər gətirməkədənsə, büdcə xərcləmələrinin səmərəliliyini artırmaq, etibarlı nəzarət, monitoriq və hesabatlılıq sistemi yaratmaq  lazımdır”.

Rəşad Həsənov ile ilgili görsel sonucu

Deputatların səsləndirdiyi təklifləri reallaşdırmaq üçün hökumət hansı mənbələrdən istifadə edə bilər? Sualı cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, Azərbaycan parlamentində büdcə müzakirələri çox səthi aparılır: “Deputatların bir çoxu onlara verilən büdcə sənədini açıb oxumurlar belə. Halbuki büdcə ölkənin əsas fiscal sənədidir, minimum 2 ay parlamentdə müzakirə olunmalıdır. Bu müzakirələrdə deputatlarla yanaşı ictimai təşkilatlar, ekspertlər də iştirak etməlidir. Təəssüf ki, Azərbaycanda bunun heç biri edilmir. Təkilflərin icrası üçün maliyyə mənbəyinin göstərilməsi məsələsinə gəlincə, bu, haqlı iraddır. Kimsə hansısa xərcin artırılmasını təklif edirsə, mütləq onun icrası üçün mənbə də təklif etməlidir”.

Ekspertə görə, Azərbaycanın dövlət büdcəsinin artırmaq üçün mənbələr çox genişdir: “Belə mənbələr kifayət qədər böyükdür. Təkcə dövlət büdcəsinin infrastruktur xərcləri üzərində effektiv ictimai nəzarəti, kənar nəzarəti təmin etmək, dövlət satınalmalarında şəffaflıq yaradılsa, böyük həcmli vəsaitlərə qənaət etmək mümkündür. Həmin vəsaitlər digər xərc istiqamətlərinə yönəldilə bilər. Bundan əlavə, bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatının böyük bir hissəsi illeqaldır. Son illərdə illeqal iqtisadiyyatın həcminin azaldılması üçün müəyyən işlər görülüb, amma hələ də bu həcm böyük olaraq qalır. Kölgə iqtisadiyyatının azaldılması istiqamətində tədbirləri kəskinləşdirməklə, qeyri-dövlət sektorundan büdcəyə daxilolmaları iki dəfə artıra bilərik”.

R.Həsənovun sözlərinə görə, büdcə xərclərinin maliyyələşməsi üçün digər mənbə beynəlxalq maliyyə-kredit təşkilatlarının resursları ola bilər: “Bizim dövlət qurumlarının belə təşkilat və fondlarla işləmək bacarıqlarını artırmaq lazımdır. Bizim qonşumuz olan ölkələr sosial proqramların həyata keçirilməsi üçün dünyanın müxtəlif təşkilatlarından böyük həcmlərdə qrantlar alırlar. Azərbaycanda isə dövlət qurumları çox zəifdilər. Buna bəlkə də neft gəlirlərinin olması təsir edir. Amma hesab edirəm ki, neft gəlirlərindən daha az xərcləmək üçün alternative mənbələrdən də istifadə olunmalıdır. Onsuz da gələn ildən hökumət neft pullarının büdcəyə yönəldilməsində ciddi məhdudiyyətlər tətbiq olunacaq. Dövlət qurumları bunu nəzərə alaraq indidən hərkətə keçməli, qeyri-leqal biznesin leqallaşdırılması, digər alternative mənbələrin tapılması üçün fəaliyyətlərə başlamalıdılar”.

 


loading...