Yuxarı
loading...
loading...

Fazil Mustafadan “Abel olayına” - Replika

23.11.2018 11:38 Oxunma sayı: 2208


Ötən gün BDU rektoru vəzifəsindən azad edilən akademik Abel Məhərrəmovun ətrafındakı qalmaqala millət vəkili Fazil Mustafa maraqlı replika ilə münasibət bildirib.

F.Mustafa hər dəfə xarici səfərdən çoxlu kitabla qayıtdığını bildirib.

“Hər dəfə xarici səfərdən qayıdanda yük baqajımda çox sayda kitabın olması gömrük işçilərinin diqqətini çəkir. Yaxınlaşıb hörmətlə soruşurlar ki, Fazil müəllim, bu qədər kitabı hər dəfə əziyyətlə xaricdən necə daşıyırsınız?”, - millət vəkili yazıb.

Bunun ardınca isə qeyd edib ki, bundan sonra kimsə belə bir sual daha verməz:

“Məsləhətlisi əziyyətlə də olsa, kitab daşımaqdır. Uca yaradan boşuna şərabı haram saymayıb və ilk ayəsi də boşuna “Oxu!” olmayıb ki...”

Qeyd edək ki, Musavat.com-da dərc olunmuş yazıda Abel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılmasına akademikin və səfir oğlunun şərab biznesi ilə bağlı yaranmış qalmaqal səbəb olaraq göstərilmişdi.


loading...