Yuxarı
loading...
loading...

Abel Məhərrəmovun səfir oğlu geri çağırılır? – Rəsmi cavab

16.11.2018 12:56 Oxunma sayı: 1808


Dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Abel Məhərrəmovun İspaniyada səfir olan oğlu Anar Məhərrəmovun adı şərab biznesində hallandığı üçün onun geri çağırılacağı barədə xəbərlər yayılıb.

XİN-in mətbuat katibi Leyla Abdullayeva bu barədə heç bir məlumatının olmadığını bildirib: “Səfirin geri çağırılması səlahiyyəti ölkə prezidentinə məxsusdur”.

Onun sözlərinə görə, Anar Məhərrəmovun şərab biznesi ilə məşğul olduğuna dair əsaslandırılmış məlumat olmadığından bununla bağlı XİN araşdırma aparmayıb və şərh vermir.


loading...