Yuxarı
loading...
loading...

Nyu-Yorkda qar həyatı iflic etdi VİDEO - FOTO

16.11.2018 19:24 Oxunma sayı: 1488


Nyu-Yorka yağan güclü qar nəticəsində yollarda nəqliyyatın hərəkətində problemlər yaranıb.

 Nyu-York polisinin rəsmi “Twitter” səhifəsində əlverişsiz hava şəraiti ilə əlaqədar yolllarda ehtiyatlı olmaq tövsiyə olunub.

Qarlı hava şəraiti ilə əlaqədar avtobusların hərəkət cədvəli dəyişib. Dayanacaqlarda çoxlu sayda insan uzun müddət gözləməli olur.

Manhetten küçələrində nəqliyyatın hərəkətində çətinlik yaranıb, bu, böyük tıxaclara səbəb olub. 

Qartəmizləyən texnikanın yağıntıların fəsadlarını aradan qaldırmağa gücü yetmir. Taksilərin qiymətlərində kəskin artım müşahidə olunur.

İndi Uber 2,6 km üçün gediş haqqını 48 dollara qaldırıb. Halbuki əvvəllər eyni məsafə üçün gediş haqqı 18 dollar təşkil edirdi. Sinoptiklərin məlumatına görə, Nyu-York hələ bir neçə gün də qarın əsarətində qalacaq. Daha sonra yağışların yağması proqnozlaşdırılır.

 

 


loading...