Yuxarı
loading...
loading...

Arıçılara subsidiyaların verilmə müddəti açıqlandı

16.11.2018 16:38 Oxunma sayı: 1284


Dekabrın 15-nə qədər Azərbaycanda arıçılara subsidiyaların verilməsi prosesi başa çatacaq. 2019-cu ilin aprelində ayrılan vəsait onların bank hesablarına köçürüləcək.

Arıçılar Assosiasiyasının ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elvin Bayramlı Oxu.Az-a açıqlamasında bildirib ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bəyan edib.

E.Bayramlının sözlərinə görə, Azərbaycanda arıçılara subsidiyaların verilməsi ilk dəfə həyata keçirilir və bu, arıçılıq sahəsinin inkişafına müsbət təsir göstərəcək.

“Subsidiyaların verilməsi ideyası Arıçılar Assosiasiyasına aiddir. Biz bu təkliflə Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişik. Nazirlik təklifi prezidentə yönləndirdi. Nəticədə, cari ilin yazında Azərbaycan prezidenti İlham Əliyev hər arı ailəsinə ildə 10 manat subsidiya verilməsini nəzərdə tutan sərəncam imzaladı”.

Onun sözlərinə görə, subsidiyaların verilməsi 2018-ci il də daxil olmaqla, beş il ərzində davam edəcək.

Müsahibimiz qeyd edib ki, hazırda azərbaycanlı arıçılar bazarı məhsulla tam təmin etmək gücünə malik deyillər.

“Azərbaycanlı arıçılar tələbatın yalnız 60-70 faizini ödəyə bilirlər. Bununla belə, biz bazara tam keyfiyyətli məhsullar çıxarırıq. Bu, ixraca yarayan, premium klass məhsullardır. Hesab edirəm ki, subsidiyalar arıçılıq təsərrüfatının məhsuldarlığının yüksəlməsinə kömək edəcək”, - deyə E.Bayramlı qeyd edib.

 


loading...