Yuxarı
loading...
loading...

Toppuş bacıya "söz atdı": "Pul yığmağa çıxmamışam"

16.11.2018 16:17 Oxunma sayı: 1502


Aktrisa Ülviyyə Əliyevanın evi qarət olunandan sonra ATV-də aparıcı Zaur Baxşəliyevin təqdimatında yayımlanan "BizimləSən" verilişinə çıxması sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Bir çoxları onu həmkarı Tünzalə Əliyeva kimi xalqdan kömək istəyəcəyini qeyd ediblər.

Bu gün yenidən sözügedən verilişə qatılan aktrisa haqqında yazılanlara münasibət bildirib.

Ülviyyə Əliyeva ünvanına deyilən sözlərə belə cavab verib:

"Bu, çox həssas mövzudur. Sizin verilişə çıxandan sonra o dəqiqə başladılar ki, "hə, indi bunun üçün pul yığaq". Mən heç kəsdən pul istəmirəm. 17 yaşımdan işləmişəm, halal zəhmətimlə 4 ailə saxlamışam. Bu gün yoldaşım da, mən də ailələr saxlayırıq. Mən pul yığmaq üçün çıxmamışam".


loading...